Barmağımı tutdu və heç buraxmadı İzmirdə 3 yaşlı Elifi xilas edən yanğınsöndürən FOTO


Dünya 02 Noy 2020 14:57:00 156 0

Barmağımı tutdu və heç buraxmadı  İzmirdə 3 yaşlı Elifi xilas edən yanğınsöndürən  FOTO

İzmirdə güclü zəlzələ nəticəsində dağıntılar altından daha iki nəfər xilas edilib.

Son.az Trend-ə istinadən bildirir ki, bu gün səhər isə 3 yaşlı Elif Perinçek dağıntılar altından 65 saat sonra çıxarılıb.

Elifi xilas edən yanğınsöndürən Muammer Çelik jurnalistlərə açıqlamasında bildirib ki, Elif barmağımı tutdu və heç buraxmadı.

Qeyd edək ki, İzmirdə baş vermiş 6,6 maqnitudalı zəlzələ nəticəsində 79 nəfər həlak olub, 962 nəfər xəsarət alıb.