Moldovada prezident seçkilərinin ikinci turu keçiriləcək


Dünya 02 Noy 2020 08:59:00 132 0

Moldovada prezident seçkilərinin ikinci turu keçiriləcək

Moldova prezidentinin seçilməsi üçün seçkilərin ikinci turu tələb olunacaq.

Trend-in "Gazeta.ru"ya istinadən veridyi məlumata görə, ötən gün keçirilən səsvermədən sonra səslərin 79 faizi hesablanıb.

Məlumata əsasən, hazırkı prezidenti İqor Dodon 36,09 faiz, onun əsas rəqibi Maya Sandu isə 31,31 faiz səs toplayıb. Bu isə o deməkdir ki, seçkilərin ikinci turu keçiriləcək.

İkinci turda İqor Dodon və Maya Sandunun nazmizədliyi olacaq.