Ukraynada koronavirusla bağlı kirtik vəziyyət davam edir


Dünya 01 Noy 2020 15:22:00 147 0

Ukraynada koronavirusla bağlı kirtik vəziyyət davam edir

Ukraynada koronavirusa yoluxma hallarında artım davam edir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, ötən gün ölkədə 110 nəfər koronavirusdan həyatını itirib. Bununla da bu infeksiyadan ölənlərin ümumi sayı 7306 nəfərə çatıb.

Ötən gün Ukraynada 7959 nəfər koronavirusa yoluxub. Bununla da pandemiya dövründə Ukraynada koronavirusa yoluxanların sayı 395 min 440-a çatıb, 161 min 441 nəfər müalicəsini başa vurub. Ən çox yoluxma halları Kiyev, Lvov və Xarkov vilayətlərində qeydə alınıb.

Qeyd edək ki, Ukraynada koronavirusla bağlı vəziyyət pisləşdiyindən karantin müddəti dekabrın 31-dək uzadılıb və karantin şərtləri sərtləşdirilib.

Son.az