Aşağı nəbz qorxuludurmu?


Digərləri 31 Okt 2020 23:40:00 218 0

Aşağı nəbz qorxuludurmu?

İnsanların bir qismində nəbz aşağı olur. Bu, bir çoxlarını narahat etsə də, bəzilərində hər hansı narahatlıq yaratmır.  Nəbzin aşağı, ürək vurğularının sayının sayının az olması xəstəlikdirmi?

Son.az e-tibb.az-a istinadən bununla bağlı kardioloq-aritmoloq Günay Rəhimovanın fikirlərini təqdim edir:  

Aşağı nəbzin elmi adı bradikardiyadır. Nəbzin 50-60 dan aşağı olması bradikardiya hesab edilir. Əgər bu zaman insanı heç nə narahat etmirsə, bu? norma sayılır və qəti üzərində dayanılmır.

Ancaq bu nəbzlə bağlı olaraq şikayətlər ola bilər. Nədir onlar? Bayılma və bayılmaya bənzər hallar- ciddi haldır. Başgicəllənmə, fiziki hərəkət zamanı təngnəfəslik və tez yorulma (xronotrop yetərsizlik deyilir buna), xroniki ürək çatışmazlığı əlamətlərinin dərinləşməsi, xroniki stenokardiyanın dərinləşməsi. Sübut etmək lazımdır ki, bu sadaladıqlarım əlamətlərin səbəbi məhz aşağı nəbzdir.

Aşağı nəbzin səbəbləri bunlardır:

Sinus düyünü zəifliyi- ürəyin əsas enerji ötürən mənbəyi impulsları ya pis keçirir, ya ümumiyyətlə, keçidə bilmir.

Hipotireoz- hipo və ya hiperkalemiya, kəskin miokard infarktrı- nadir hallarda stabil stenokardiya, ürəkdə əməliyyat və ya travma.

Kardimiopatiyalar, həmçinin də kimyaterapiya və ya şüa terapiyası sonrası, ürəyin iltihabi xəstəlikləri.

Qaraciyər və böyrək çatışmazlığı.