"Ermənistanın hərbi təxribatları və koronavirus infeksiyasına baxmayaraq, Azərbaycanın iqtisadiyyatı inkişaf edir"


Digərləri 31 Okt 2020 17:39:00 156 0

"Ermənistanın hərbi təxribatları və koronavirus infeksiyasına baxmayaraq, Azərbaycanın iqtisadiyyatı inkişaf edir"

Ermənistanın hərbi təxribatları və dünyanı bürüyən koronavirus infeksiyasına baxmayaraq, Azərbaycan iqtisadiyyatında inkişaf davam edir.

Son.az Trend-ə istinadən bildirir ki, bunu bu gün keçirilən brifinqdə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin rəhbəri Vüsal Qasımlı deyib.

O bildirib ki, bu proseslər Azərbaycan iqtisadiyyatına mənfi təsir etsə də, ölkə iqtisadiyyatının artım tempi ən yaxşı inkişaf tempdir: "Bu müddət ərzində Azərbaycanın valyuta ehtiyatları artıb. Ölkənin kənd təsərrüfatı 1,4 faiz artıb, manat öz dəyərində qalıb. Bu inkişafın heç biri Ermənistanda yoxdur. Gərgin olsa da Azərbaycan iqtisadiyyatı normal inkişaf edib".