15 yaşlı gəncəli Türkiyənin ən gözəl modeli seçildi


Digərləri 31 Okt 2020 13:58:00 194 0

15 yaşlı gəncəli Türkiyənin ən gözəl modeli seçildi

Azərbaycanlı Melisa Imrak adlı gənc qız "Best model of Turkey" yarışmasında birincilik əldə edib.

Son.az mediapost-a istinadla xəbər verir ki, onun 15 yaşında Türkiyənin ən gözəl qız seçilməsi müzakirələrə səbəb olub.

"Hürriyyet"ə müsahibə verən Melisa Azərbaycan haqda da danışıb:

"Atam İstanbuldan, anam Gəncədəndir. Burada birincilik qazandım, amma sevinə bilmədim. Çünki vətənimdə sivillər ölür. Bu mükafatı bir az onlar üçün, bir az da özüm üçün alıram. Xalamgil Gəncədə yaşayır və çox qorxurlar. Oradakı insanlar üçün pis oluram. Uşaq olanda oraya getmişdim, hazırda necə yaşadıqlarını çox yaxşı bilirəm. Gecələr zirzəmidə yatırlar. Onlara görə narahatam, inşallah, hər şey düzələcək".

Melisanın anası Zərnişan Babayeva isə kiçik yaşda qızının modellik etməsini tənqid edənlərə cavab verib: