İtaliyada bir sutkada koronavirusa 31 mindən çox insan yoluxub


Dünya 31 Okt 2020 07:45:00 168 0

İtaliyada bir sutkada koronavirusa 31 mindən çox insan yoluxub

İtaliyada ötən sutka ərzində yeni növ koronavirusa 31 084 nəfər yoluxub.

Son.az Trend-ə istinadən bildirir ki, ölkədə koronavirusa yoluxanların ümumi sayı 647 674 nəfərə çatıb.

Bildirilir ki, ötən sutka ərzində koronavirusla əlaqədar rekord sayda - 215 mindən artıq test aparılıb.

Məlumata əsasən, İtaliyada hazırkı dövrədək koronavirusa yoluxanlardan 283 567 nəfər sağalıb, 38 321 nəfər isə vəfat edib.