Xəstəxanada dəhşət Aparatlar xarab oldu, 13 koronavirus xəstəsi öldü


Dünya 30 Okt 2020 05:30:00 167 0

Xəstəxanada dəhşət  Aparatlar xarab oldu, 13 koronavirus xəstəsi öldü

Rusiyanın Rostov vilayətində bir gecədə 13 ağır koronavirus xəstəsinin ölümü ilə bağlı araşdırma davam edir.

Son.az xəbər verir ki, gecə süni tənəffüs aparatlarına oksigenin verilməsində yaranmış qəfil problem həkimləri çıxılmaz vəziyyətdə qoyub.

Həkimlər vilayət səhiyyə rəhbərlərinə tez xəbər versələr də, heç kim məsələni təcili həll edə bilmədiyi və lənğ tərpəndikləri üçün aparata qoşulan xəstələr boğulub.

Həmin gün növbədə olan həkimlər o gecəni "Cəhənnəm gecəsi, həyatlarının ən dəhşətli günü" adlandırırlar.

20 saylı Rostov Don xəstəxanasının növbətçi həkim, anestezioloq Artur Toporov əmindir ki, insanlar oksigen çatışmazlığından boğularaq ölüb.