Koronavirusun aşkarlandığı yerlərdə əksepidemik tədbirlər hansı qaydada təşkil olunur?


Digərləri 29 Okt 2020 16:54:00 108 0

Koronavirusun aşkarlandığı yerlərdə əksepidemik tədbirlər hansı qaydada təşkil olunur?

Son yüzilliyin ən geniş yayılmış pandemiyalarından biri özünün hələ tam öyrənilməyən virusoloji, epidemioloji, immunoloji, kliniki, patogenetik və digər aspektləri sayəsində dünya ölkələrini bir sıra sosial-iqtisadi problemlərlə üzləşdirib.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi baş direktorunun müavini Vaqif Abdullayev deyib.

O bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən 2020-ci ilin mart ayının 11-də COVID-19 pandemiyası elan edilən kimi Azərbaycan, bütün dünya kimi, pandemiyanın təhlükəli təsirinə məruz qalıb.

Onun sözlərinə görə, ölkəmizdə koronavirusa qarşı mübarizə tədbirləri əsasən "Sanitariya-Epidemioloji Salamatlıq Haqqında" Azərbaycan Respublikası qanununun tələbləri nəzərə alınmaqla, ölkə rəhbərliyinin çox ciddi və əhəmiyyətli tapşırıqlarının icrası və Azərbaycan hökuməti tərəfindən məqsədyönlü təşkili, Mərkəzi icra hakimiyyəti orqanlarının və onların yerli qurumlarının, yerli icra hakimiyyətlərinin qarşılıqlı fəaliyyəti şəraitində həyata keçirilir: "Hazırda ölkəmizdə COVID-19 infeksiyası ilə əlaqədar epidemik prosesin idarə olunması müasir üsulların tətbiqi və kompleks əksepidemik tədbirlərin təşkili vasitəsi ilə həyata keçirilir. Belə ki, xəstəlik hadisələrinin ilkin qeydiyyata alınması, onlar barədə bütün idarəetmə səviyyələrində məlumatların ötürülməsi, məlumatların toplanması ÜST-ün tövsiyələrinə tam uyğun olan elektron sistem vasitəsi ilə həyata keçirilməsi təmin olunub".