Müharibədən sonra Azərbaycan öz imkanları hesabına azad edilmiş ərazisini inkişaf etdirə biləcək


Digərləri 29 Okt 2020 11:34:00 58 0

Müharibədən sonra Azərbaycan öz imkanları hesabına azad edilmiş ərazisini inkişaf etdirə biləcək

Azərbaycan höküməti post-müharibə dövründə özünün maliyyə imkanları hesabına erməni işğalından azad edilmiş regionun yenidən canlanmasına və inkişafına nail ola biləcək.

Son.az bildirir ki, bunu Trend-ə iqtisadçı ekspert Eldəniz Əmirov deyib.

Onun sözlərinə görə, post-müharibə dövründə Azərbaycan höküməti tərəfindən müəyyən abadlıq-quruculuq işlərinin həyata keçirilməsi ilə yanaşı, xüsusi dövlət meqaproqramı hazırlanmalıdır. Bu meqaproqram infrastruktur, kənd təsərrüfatı, dağ-mədən sənayesi, kommunikasiya və s. kimi bir çox istiqamətləri və sahələri özündə birləşdirən ayrı-ayrı dövlət proqramlarının vəhdətindən ibarət olmalıdır.

Bunu proqramlar paketi də adlandırmağı mümkün sayan ekspert bildirib ki, məhz bu paket hazırlandıqdan sonra sözügedən regionun sosial-iqtisadi inkişafının təmin edilməsi üçün icra edilməli olan işlərin təsnifatı və istiqaməti müəyyənləşdiriləcək. Yalnız bundan sonra qarşıya qoyulmuş məqsədə çatmaq üçün multilayihələrin və adi layihələrin konsepsiyası işlənib hazırlanmalıdır.

İqtisadçı qeyd edib ki, konsepsiya hazır olduqdan sonra hədəflərə nail olmaq üçün mövcud maliyyə durumu analiz edilməli və alternativ maliyyə mənbələri araşdırılmalıdır:

"Məlumat üçün qeyd edim ki, Azərbaycanın valyuta ehtiyatları 51 milyard dolları keçib. Ermənistan üçün eyni göstərici isə çox gülünc səslənir - cəmi 1,5 milyard dollar. Biz bu məsələdə düşmən ölkəni düz 34 dəfə üstələyirik. Bu, o deməkdir ki, Azərbaycan höküməti öz imkanları hesabına postmüharibə dövründə bu regionun yenidən canlanmasına və inkişafına nail ola bilər. Lakin düşünürəm ki, hökümət bu məsələdə alternativ variantlara daha çox diqqət yetirməlidir".

E.Əmirov hesab edir ki, bu alternativlər arasında birbaşa xarici investisiyaların cəlbinə xüsusi yer ayrılmalıdır. Belə olacağı təqdirdə həm dövlət öz maliyyə resurslarına qənaət etmiş olar, həm də bu həssəs regionda stabilliyin qorunmasında maraqlı tərəflərin sayını artırmış olar:

"Belə ki, Qarabağ regionuna cəlb edilmiş birbaşa xarici investisiya iqtisadi dəyər yaratmaqdan başqa, həm də orada hərbi və siyasi stabilliyin davamlı olmasının bir növ qarantı rolunu oynayacaq. Bu zaman birbaşa xarici investisiyaların müxtəlif mənbəli olmasına çalışmaq lazımdır. Çünki investisiya yatırılmış ərazilərdə stabilliyin davamlı olmasına təkcə investorlar özləri deyil, eyni zamanda onların rezidenti olduğu ölkələr də maraqlı olurlar".

"Ermənistan hərbi əməliyyatlara KTMTni cəlb etməyə çalışır" like
  • 29 Okt 11:31  
Siyasət "Ermənistan hərbi əməliyyatlara KTMTni cəlb etməyə çalışır"

Azərbaycanı Ermənistan ərazilərinə cavab zərbəsi endirməyə məcbur etm

arrow Ətraflı
Xankəndidə doğum evinin bombalanması barədə like
  • 29 Okt 11:27  
Digərləri Xankəndidə doğum evinin bombalanması barədə

Ötən gün bir sıra Rusiya və Ermənistan KİV-ləri Azərbaycan tərəfinin

arrow Ətraflı
Neftin qiyməti cüzi artıb like
  • 29 Okt 11:24  
Dünya Neftin qiyməti cüzi artıb

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının

arrow Ətraflı
Vyetnamda torpaq sürüşməsi: like
  • 29 Okt 11:09  
Dünya Vyetnamda torpaq sürüşməsi:

Vyetnamın Quanqnam əyalətində baş verən iki sürüşmə nəticəsində ən

arrow Ətraflı
Ermənistanda son sutkada koronavirusdan like
  • 29 Okt 11:06  
Dünya Ermənistanda son sutkada koronavirusdan

Ermənistanda koronavirusa yoluxanların sayı 85 034 nəfərə çatıb.

arrow Ətraflı
Ümidsiz halda uçurumun kənarında dayanmışıq like
  • 29 Okt 11:04  
Digərləri Ümidsiz halda uçurumun kənarında dayanmışıq

Ermənistanda baş nazir Nikol Paşinyanın istefasını tələb edən müraciə

arrow Ətraflı
Tramp Nensi Pelosini Marsa göndərmək fikrini dəstəklədi like
  • 29 Okt 10:59  
Dünya Tramp Nensi Pelosini Marsa göndərmək fikrini dəstəklədi

ABŞ Prezidenti Donald Tramp zarafatla Nümayəndələr Palatasının spikeri Ne

arrow Ətraflı
BQXK Bərdədə həlak olan və yaralanan könüllüləri barədə bəyanat yayıb like
  • 29 Okt 10:49  
Siyasət BQXK Bərdədə həlak olan və yaralanan könüllüləri barədə bəyanat yayıb

Təəssüf ki, iki uşaq atası olan Azərbaycan Qızıl Aypara Cəmiyyətinin k

arrow Ətraflı
“Sərt karantin tətbiq edilibedilməməsi hər birimizdən asılıdır” like
  • 29 Okt 10:44  
Digərləri “Sərt karantin tətbiq edilibedilməməsi hər birimizdən asılıdır”

"Azərbaycanda xüsusi karantin rejimi dekabrın 1-dək uzadılıb. Bu arad

arrow Ətraflı
Erməni katolikosunun xalqını müharibəyə səsləməsi ilk dəfə deyil like
  • 29 Okt 10:39  
Siyasət Erməni katolikosunun xalqını müharibəyə səsləməsi ilk dəfə deyil

Erməni katolikosu II Qareginin erməni xalqını müharibəyə səsləməsi he

arrow Ətraflı
14 yaşlı məktəbli gizlicə uşaq doğdu, körpəni soyuducuda gizlətdi like
  • 29 Okt 10:34  
Dünya 14 yaşlı məktəbli gizlicə uşaq doğdu, körpəni soyuducuda gizlətdi

14 yaşında hamilə qalan qız ağlasığmaz əməl törədib.

arrow Ətraflı