BNA sürücülərə müraciət etdi


Digərləri 28 Okt 2020 19:34:00 171 0

BNA sürücülərə müraciət etdi

Yüksək gəlginlik elektirik xəttində təmir işlərinin aparılması ilə əlaqədar olaraq hazırda Nobel prospekti "ASAN Xidmət"in yaxınlığında yerləşən işıqfor işləmir.

Bu barədə Son.az-a Bakı Nəqliyyat Agentliyindən bildirilib.

Bu səbəbdən sürücülərdən işıqforların işi bərpa edilənədək ərazidəki yol nişanlarının tələbini və nizamlanmayan yolayrıcını keçmə qaydalarını əsas tutaraq hərəkət etmələri xahiş olunur.