"Azərbaycan atmosferə zərərli tullantıların azaldılması üçün mühüm addımlar atır"


Digərləri 28 Okt 2020 16:37:00 141 0

"Azərbaycan atmosferə zərərli tullantıların azaldılması üçün mühüm addımlar atır"

Azərbaycan alternativ enerjinin inkişafının sürətləndirilməsi üçün mühüm addımlar atır.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Energetika naziri Pərviz Şahbazov Bakı Beynəlxalq Enerji Xartiyası Forumunda deyib.

Onun sözlərinə görə, ölkənin hazırda əsas məqsədlərindən biri 2030-cu ilə qədər Azərbaycanda bərpa olunan enerji mənbələrinin payını 30%-ə çatdırmaqdır:

"2019-cu ildə Azərbaycanda alternativ enerjinin payı 17 faiz təşkil edirdisə, yaxın illərdə bu göstərici mühüm dərəcədə artacaq".

Nazir əlavə edib ki, Azərbaycan alternativ enerjiyə keçidin modernləşdirilməsində fəal iştirak edir:

"Bugünkü gün üçün ən vacib tapşırıq atmosferə zərərli tullantıların azaldılmasıdır və alternativ enerji mənbələrinin qiymətlərinin azalması bizə buna nail olmaqda kömək edəcək".