Ermənistanda 2 241 yeni yoluxma,
Dünya 28 Okt 2020 13:07:00 141 0
Ermənistanda koronavirusa yoluxanların sayı 82 651 nəfərə çatıb.
Son.az Trend-ə istinadən bildirir ki, son sutka ərzində 2 241 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb.
Bundan başqa, daha 21 nəfərin ölümü qeydə alınıb.
Bu günədək Ermənistanda 1 243 nəfər koronavirusdan ölüb, 28 548 nəfərin müalicəsi isə davam edir.
Qeyd edək ki, ölkədə fövqəladə vəziyyət ləğv edilsə də, karantin rejimi 2021-ci il yanvarın 11-dək uzadılıb.
Mənbə: milli.az