Dünyaca məşhur proqramdan Azərbaycana dəstək VİDEO


Dünya 28 Okt 2020 12:01:00 177 0

Dünyaca məşhur proqramdan Azərbaycana dəstək  VİDEO

TV 8-də yayımlanan dünyaca məşhur "Masterchef Türkiyə" layihəsinin bugünkü buraxılışında Azərbaycana dəstək ifadə ediləcək.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, Türkiyənin Çanaqqala zəfərinə həsr olunan verilişdə illər əvvəl həmin döyüşdə Azərbaycan əsgərlərinin də şəhid olduğu vurğulanıb. Həmçinin Azərbaycanın ərazi bütövlüyünü bərpası uğrunda aparılan döyüşlərdə uğur dilənib.

"Hamımızın ağlında azərbaycanlı qardaşlarımızın mübarizəsi var. Onlara buradan salam göndəririk. Hamısına apardıqları mübarizədə uğurlar diləyirik", - təqdim olunan anonsda bildirilib.

Sonda Azərbaycan və Türkiyə bayraqlarının əks olunduğu, bir-birini sıxan iki əl təsvir olunub. Fonda isə Xalq artisti Azərinin "Çırpınırdı Qara dəniz" ifası səsləndirilib.