Bərdə 7 yaşlı Aysuyla vidalaşdı FOTO


Digərləri 28 Okt 2020 11:38:00 204 0

Bərdə 7 yaşlı Aysuyla vidalaşdı  FOTO

Erməni silahlı birləşmələrinin Bərdə rayonunda yaşayış məntəqəsini raket atəşinə tutması nəticəsində həlak olan 2013-cü il təvəllüdlü Aysu İsgəndərova ilə vida mərasimi keçirilib.

Son.az bildirir ki, Trend-in Bərdədə olan müxbirinin verdiyi məlumata görə, mərasim rayonun Qarayusifli kəndində, azyaşlının yaşadığı evdə keçirilir.

Xatırladaq ki, oktyabrın 27-də Bərdə rayonunun Qarayusifli kəndində yaşayış evləri Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutulub. Hadisə nəticəsində dinc sakinlər Cəfərova Ofeliya Məcid qızı, Əhmədova Aybəniz Əşrəf qızı, İsmayılov Ehtiram Xəlil oğlu və 2013-cü il təvəllüdlü İsgəndərova Aysu Rövşən qızı həlak olub, 7 nəfər isə xəsarət alıb.