Düşmənə qorxuducu zərbələr endirən Azərbaycan istehsalı olan "Zərbə" PUAları


Digərləri 27 Okt 2020 23:50:00 241 0

Düşmənə qorxuducu zərbələr endirən  Azərbaycan istehsalı olan "Zərbə" PUAları

Düzgün innovaiv həllər yalnız vətəndaşların rahatlığı üçün yox, həmçinin Vətənin təhlükəsizliyi yolunda atılan ən doğru addımdır. Bu gün Ordumuzun hərbi əməliyyatlarında pilotsuz uçan aparatlardan (PUA) geniş istifadə edir. Hazırda nəinki Azərbaycanda, hətta bütün dünya Qarabağ müharibəsində geniş istifadə olunan, düşmənin ən "qorxulu yuxusu" Türkiyə istehsalı olan "Bayraktar" PUA-larından danışır. Lakin döyüşlərdə "Bayraktar" PUA-larından başqa Azərbaycanın milli dronu olan "Zərbə" PUA-larından da geniş istifadə olunur.

Son.az techland.az-a istinadən bildirir ki, "Zərbə" PUA-ları ilk dəfə olaraq, 2016-cı il sentyabrın 21-də Müdafiə Sənayesi Nazirliyi "Şərq" İstehsalat Birliyinin "AZAD Sistemlər" müəssisəsində ictimaiyyətə təqdim olunub. Müasir kəşfiyyat element bazasına və taktiki məhvedici hücum sisteminə malik "Zərbə" pilotsuz uçuş aparatlarının ilk təqdimatı Prezident İlham Əliyev iştirak ilə keçib.

Bəs, "Zərbə" PUA-larının sxemi necə qurulur?

İlk olaraq, məmulatların istehsalı üçün hissələr konstruksiya ölçülərinə uyğun kompozit materiallardan hazırlanır. Daha sonra xüsusi qəliblərdə hazırlanan hissələr yoxlanılaraq yığım sexinə verilir və quraşdırma prosesi aparılır. Qurğuda xüsusi izləmə mini optik kamerası yerləşdirilir. Aparat xüsusi elektron mühafizə sisteminə malik olmaqla, elektron maneə vasitələrinə qarşı dayanıqlıdır. Peyk, GPS əlaqəsi itən zaman aparat sərbəst döyüş tapşırığını yerinə yetirməyə qadirdir.Məhsulun istehsalı ilə müxtəlif ixtisaslar üzrə xüsusi təlim keçmiş kadrlar məşğul olurlar.Xüsusi test yoxlamalarından sonra pilotsuz uçuş aparatları Silahlı Qüvvələrin istifadəsinə verilir.

"Zərbə" PUA gecə və gündüz, istənilən hava şəraitində sərbəst şəkildə düşməni izləmək və ona zərbə endirmək imkanına malikdir.Həmçinin partladıcı gücə malik yeni aparat qəlpəli fuqaslı piyada əleyhinə, müxtəlif texnikaya və canlı qüvvəyə qarşı effektivdir. Aparat əməliyyat baxımından xüsusi avadanlıqlarla təchiz edilmiş yüksək keçid qabiliyyətinə malik "K1-Zərbə" mobil xüsusi zirehli maşına quraşdırılıb və istənilən zaman düşmənə sarsıdıcı zərbə endirə bilər. Döyüşlər zamanı müxtəlif tipli PUA-lar qısa müddətdə təmir edilərək döyüş zonasına göndərilə bilir.