Bakıda 38 yaşlı kişi binadan yıxılaraq öldü


Digərləri 26 Okt 2020 11:50:00 136 0

Bakıda 38 yaşlı kişi binadan yıxılaraq öldü

Bakıda bədbəxt hadisə baş verib.

Son.az APA-ya istinadən bildirir ki, hadisə Binəqədi rayonu ərazisində qeydə alınıb. Belə ki, 1982-ci il təvəllüdlü İbrahihimov Ceyhun Allahverən oğlu rayon ərazisində yerləşən Ev Tikmə Kombinatı binasından yıxılıb.

Ağır vəziyyətdə xəstəxanaya çatdırılan C.İbrahimov orada ölüb.

Faktla bağlı araşdırma aparılır.