Koronavirusdan sağalanlarda saç tökülməsi müşahidə edilib


Digərləri 24 Okt 2020 15:30:00 173 0

Koronavirusdan sağalanlarda saç tökülməsi müşahidə edilib

Koronavirus infeksiyasından sağalandan sonra xəstəliyin nəticələrindən biri saçın tökülməsidir.

Son.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Yaponiyanın Milli Qlobal Sağlamlıq və Tibb Mərkəzinin alimləri açıqlama verib.

Alimlərin sözlərinə görə sağaldıqdan dörd ay sonra COVID-19 xəstəxanasında yatan insanlar nəfəs darlığı (11 faiz), zəiflik (10 faiz), zəif qoxu (10 faiz), öskürək (4 faiz), həmçinin dad pozğunluqları (2 faiz) kimi bir sıra əlamətlər qalır.

Eyni zamanda, koronavirusdan sağalanların dörddə biri saç tökülməsindən şikayətlənib.