Bolqarıstanın Baş naziri özünü izolyasiya etdi


Dünya 24 Okt 2020 10:05:00 203 0

Bolqarıstanın Baş naziri özünü izolyasiya etdi

Bolqarıstanın Baş naziri Boyko Borisov karantinə alınıb. 

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, buna səbəb müavini Nikolay Nankovun koronavirus testinin pozitiv çıxması olub. 

"Nankov mənə COVİD- 19 nəticələrinin müsbət çıxması barədə məlumat verdi. Test verilib, məlumat gözləyirəm. Bu müddət ərzində özümü sosial həyatdan təcrid edəcəm. Biz nazirlə beş gün əvvəl təmasda olmuşuq", deyə Borisov qeyd edib.