Qripə qarşı vaksinasiya COVİDə yoluxmanın azalmasına təsir göstərməyəcək


Digərləri 21 Okt 2020 12:07:00 177 0

Qripə qarşı vaksinasiya COVİDə yoluxmanın azalmasına təsir göstərməyəcək

Azərbaycanda qripə qarşı vaksinasiyanın aparılması birbaşa COVİD-ə yoluxma sayının azalmasına təsir göstərməyəcək.

Son.az bildirir ki, bunu Trend-ə TƏBİB-in Elmi Komitəsinin sədri, Elmi Tədqiqat Profilaktika İnstutunun direktor müavini, professor Akif Qurbanov deyib.

A.Qurbanov əlavə edib ki, vaksinasiyanın aparılması insanlarda, sadəcə, COVİD-lə, eyni zamanda, qripə yoluxmanın baş verməsi ehtimalını azaldacaq:

"Bu vaksinasiya ona görə edilir ki, qriplə birlikdə yoluxmanın olduğu zaman COVİD insanda daha da ağırlaşma yaratmasın: "Vaksinasiya ən azından bu sahədə müəyyən qədər işlər görəcək. Amma qripə qarşı vaksinasiyanın aparılması COVİD-ə yoluxmaya birbaşa təsir göstərmir".