Qəbələdə avtomobil piyadanı vuraraq öldürdü
Digərləri 21 Okt 2020 10:56:00 141 0
Qəbələ rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Son.az APA-ya istinadən bildirir ki, rayonun Soltannuxa kənd sakini Allahyar Baxışlı idarə etdiyi "VAZ 21015" markalı minik avtomobili ilə Qəbələ-Ağdaş yolunda hərəkətdə olan zaman Zarağan kəndi ərazisində piyada, 1958-ci il təvəllüdlü Aydınqışlaq kənd sakini Qafarov Şərafəddin Şərif oğlunu vurub. Ş.Qafarov aldığı ağır xəsarətlər səbəbindən dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Mənbə: milli.az