Azərbaycanda əkiz və üçəmlərin sayı artıb


Digərləri 21 Okt 2020 07:07:00 188 0

Azərbaycanda əkiz və üçəmlərin sayı artıb

Azərbaycanda əkiz və üçəm körpələrin dünyaya gəlməsi halları artıb.

Son.az Trend-ə istinadən bildirir ki, Azərbaycanda ötən il ərzində doğulan əkizlərin sayı son 8 ilin ən yüksək göstəricisi olub.

2011-ci ildə ölkədə 1506 əkiz, 2012-ci ildə 2176 əkiz, 2013-cü ildə 2270 əkiz, 2014-cü ildə 3148 əkiz, 2015-ci ildə 3054, əkiz, 2016-cı ildə 2734 əkiz, 2017-ci ildə 2586 əkiz, 2018-ci ildə 2752 əkiz, 2019-cu ildə 3356 əkiz dünyaya gəlib.

Əkizlərin dünyaya gəlməsi halları daha çox şəhər yerlərində qeydə alınıb. Ötən 8 ildə şəhər yerlərində ən çox əkiz 2019 və 2014-cü illərdə baş verib. Bu hal kənd yerləri üzrə də müşahidə edilib. Azərbaycanın şəhər yerlərində 2019-cu ildə 1862, 2016-cı ildə 1698 əkiz dünyaya gəlib. 2019-cu ildə kənd yerlərində 1494, 2016-cı 1450 əkiz dünyaya gəlib.

Son 8 ildə ən çox üçəm də ötən il dünyaya gəlib. Keçən il şəhər yerlərində 30-u qız, 30-u oğlan olmaqla, 60 üçəm, 16 qız, 32 oğlan olmaqla, 48 üçən kənd yerlərinin payına düşüb.

Yeri gəlmişkən qeyd edək ki, doğulan əkiz və üçəmlərin çoxu oğlanlar olur.