İran özünün COVID19a qarşı ilk peyvənd nümunəsinin təqdimatını edib


Dünya 20 Okt 2020 17:29:00 181 0

İran özünün COVID19a qarşı ilk peyvənd nümunəsinin təqdimatını edib

İran özünün yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı ilk peyvənd nümunəsinin təqdimatını edib.

Son.az APA-ya istinadən bildirir ki, üçüncü nəsil peyvənd üzərində uzun zamandır qızılca xəstəliyi əsasında müxtəlif sınaqlar keçirilir.

Peyvənd həm qızılca, həm də koronavirus xəstələri üçün nəzərdə tutulub.

İranın elm adamları bildiriblər ki, peyvəndin istehsalında əcnəbi mütəxəssislərin məsləhətlərindən istifadə olunub.

Peyvəndin satış qiyməti 6-10 ABŞ dolları məbləğində müəyyən olunub.