AKPnin sədr müavini koronavirusa yoluxdu


Dünya 20 Okt 2020 12:48:00 166 0

AKPnin sədr müavini koronavirusa yoluxdu

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini Hamza Dağ koronavirusa yoluxub.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, o, bu barədə sosial şəbəkədə məlumat yayıb. Bildirib ki, "COVID - 19"la bağlı simptomları hiss etdiyi üçün xəstəxanaya müraciət edib və test nəticələri müsbət çıxıb.

Siyasətçi hazırda karantinə alındığını qeyd edib.