Bakıda minik avtomobili yük maşını ilə toqquşub, xəsarət alan var FOTO


Digərləri 20 Okt 2020 07:48:00 194 0

Bakıda minik avtomobili yük maşını ilə toqquşub, xəsarət alan var  FOTO

Bakının Binəqədi rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb.

Son.az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Sumqayıt şosesində qeydə alınıb.

Bakı Beynəlxalq Avtovağzalının yaxınlığında hərəkətdə olan "Mercedes" markalı minik maşını yol kənarında dayanan "Foton" markalı avtomobilə çırpılıb. Nəticədə minik avtomobilində bir nəfər xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.