Peyvənd üzrə "COVAX" təşəbbüsünə 184 ölkə qoşulub


Dünya 20 Okt 2020 07:18:00 144 0

Peyvənd üzrə "COVAX" təşəbbüsünə 184 ölkə qoşulub

Bütün ölkələri ədalətli əsasda koronavirus peyvəndləri ilə təmin etməyi hədəfləyən beynəlxalq "COVAX" mexanizminə artıq 184 dövlət qoşulub.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Cenevrədə keçirilən brifinq zamanı Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qübreyesus deyib.

A.Qebreyesus bildirib: "Bu gün 184 ölkənin "COVAX"a qoşulduğunu elan etməkdən məmnunam".

Onun sözlərinə görə, bu mexanizmdə iştirakını təsdiqləyən son iki ölkə Ekvador və Uruqvay olub.