Şagirdlərin elektron yerdəyişməsi müvəqqəti təxirə salınır
Digərləri 19 Okt 2020 18:49:00 140 0
Azərbaycanda ümumtəhsil müəssisələrində şagirdlərin elektron yerdəyişməsi müvəqqəti təxirə salınır.
Təhsil Nazirliyindən Son.az-a verilən məlumata görə, "Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyəti ilə bağlı əlavə tədbirlər" barədə Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, 2 noyabr 2020-ci il tarixinədək bütün təhsil müəssisələrində əlavə tətil günlərinin müəyyən edilməsi nəzərə alınaraq, yerdəyişmə prosesinin həyata keçirilməsi müvəqqəti təxirə salınır.
Elektron portalın açılma tarixi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
Mənbə: milli.az