Tbilisi teleqülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb


Dünya 18 Okt 2020 21:16:00 193 0

Tbilisi teleqülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb

Gürcüstanın paytaxtı Tbilisinin ən yüksək nöqtəsində yerləşən teleqüllə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.

Son.az APA-ya istinadən xəbər verir ki, Mtatsminda parkında yerləşən teleqüllə 18 oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyinin 29-cu ildönümü münasibətilə axşam saatlarından etibarən Azərbaycan bayrağının rəngləri olan göy, qırmızı və yaşıl rənglərlə işıqlandırılıb.