Behiştin ən ali məqamı necə adlanır?


Digərləri 18 Okt 2020 19:10:00 181 0

Behiştin ən ali məqamı necə adlanır?

Firdovs - behiştin ən üstün mənzilgahıdır.

Quran ayələri buyurur ki, Firdovs - imanlı və saleh insanların məkanıdır.

Bəs məgər behiştin başqa yerlərində yaşayan insanlar imanlı deyilmi?

"Həqiqətən, iman gətirmiş və yaxşı işlər görmüş kəslərin ilk qəbul yerləri Firdovs bağlarıdır". ("Kəhf" 107).

Behiştə imansız insanların yolu yoxdur. Ancaq behiştin dərəcələri vardır və hər kəs iman və əməlinin dərəcəsinə görə, bu məqamların birində sakin olar. Firdovs - behiştin ən ali məqamıdır. Qurani-Kərimin buyurduğu kimi, burada iman gətirmiş və yaxşı işlər görmüş şəxslər sakin olacaqlar. Ancaq iman səviyyəsi yüksək olan şəxslər, adi insanlar deyil.

Qurani-Kərim Firdovs bağlarına daxil olacaq möminlərin sifətlərini "Muminun" surəsində bizlərə tanıtmışdır. Burada möminlərin elə sifətləri vardır ki, heç də bütün möminlərdə mövcud deyildir. Bu, da ona dəlalət verir ki, Firdovs bağlarının sakinləri ali imana malik olan insanlar olacaqdır.