İnsanı koronavirusa qarşı həssas edən amil açıqlandı


Digərləri 18 Okt 2020 18:01:00 172 0

İnsanı koronavirusa qarşı həssas edən amil açıqlandı

I qan qrupundan olan insanların koronavirusa yoluxma ehtimalı digərlərindən daha azdır, xəstəliyin gedişatının şiddəti də bundan asılıdır.

Son.az oxu.az-a istinadən bildirir ki, bu barədə "Blood Advances" jurnalında məqalə dərc olunub.

Danimarkalı mütəxəssislər COVID-19 testindən keçmiş 473 mindən çox insanın məlumatlarını müqayisə etdikdən sonra belə bir nəticə ilə çıxış ediblər.

Alimlər bunu birinci qan qrupunda virusun bədənə girməsinə imkan verən eritrosit antigenlərinin olmaması ilə izah edirlər.