"Şirniyyatı sevirəm, kökəlmək də istəmirəm" deyənlər, mütləq oxusun


Digərləri 18 Okt 2020 15:52:00 185 0

"Şirniyyatı sevirəm, kökəlmək də istəmirəm" deyənlər, mütləq oxusun

Şirniyyatlar sahib olduqları kalori hesabına çəkini sürətlə artırır. Buna görə də bir çox insan şirniyyat qəbulunu azaltmağa çalışır.

Son.az axşam.az-a istinadən bildirir ki, xarici mediaya istinadən şirniyyat sevən və eyni zamanda arıqlamaq istəyənlər üçün bəzi ipucları verir. Aşağıdakılara əməl etməklə nə çəkiniz artar, nə də özünüzü sevimli şirniyyatlardan məhrum etmərsiniz:

1. Şirniyyatlarınızı yüngülləşdirin - sevdiyiniz şirniyyatın 1 porsionunun yarısını yeyin. Beləliklə, həm şirniyyat yeyərək şəkər ehtiyacınızı ödəyirsiniz, həm də daha az kalori alırsınız.

2. Daha sağlıqlı şirniyyat seçimlərini edin - İçərisində kişmiş olan şirniyyatlardan uzaq durun, çünki onun bir porsionu 500 kaloridir. Onun əvəzinə şirniyyat istəyinizi yatırtmaq üçün daha az kalorili, daha sağlıqlı şirniyyatlar seçə bilərsiniz. Banan, yoqurt və şokolad qırıntılarından edə biləcəyiniz bir porsion şirniyyat orta hesabla 150 kaloridir və sizin üçün çox sağlıqlı bir alternativ olacaq.

3. Meyvələrin təbiiliyindən faydalanın - olduqca aşağı kaloriyə sahib olsalarda tərkiblərindəki yüksək miqdarda lifləri hesabına toxluq hissi verirlər. Bir kasa çiyələk sizə çox şirin gəlməsədə aşağı kalorili bir şirniyyatla qarışdırıb yeyə bilərsiniz. Bu həm təbii və sağlıqlı qidalanmağınıza, həm də kilonuzu stabil tutmağınıza kömək olacaq.