Siqaret çəkənlərin menyusuna:


Digərləri 18 Okt 2020 15:24:00 205 0

Siqaret çəkənlərin menyusuna:

Düzgün qidalanma ilə siqareetin zərərli təsirlərindən az da olsa qorumaq mümkündür.

Son.az teleqraf.com-a istinadən bildirir ki, bədəndəki nikotini təmizləyən və onun ifraz olunmasını asanlaşdıran qidaları təqdim edir:

Çuğundur

Mükəmməl dəmir və polad qaynağı olan çuğundur nikotin düşmənidir. Qanı təmizləməklə yanaşı qaraciyər üçün də faydalıdır.

Çuğundura qırmızı rəng verən piqment betasyanin güclü antioksidandır və şişlərlə mübarizədə kömək edir.

Zəncəfil

Bədəni nikotindən təmizləyən başqa bir qida antioksidan xüsusiyyətə malik zəncəfildir.

Möcüzəvi qida olan zəncəfil ağciyərlərin nikotindən təmizlənməsinə kömək edir. Eyni zamanda, siqaretin dadını dəyişdirərək çəkmək istəyini azaldır.

Portağal

Portağal yalnız C vitamini ilə deyil, xərçənglə mübarizə aparan fitokimyəvi maddələr və flavonoidlərlə də zəngindir. Portağal qan dəyərlərini artırmağa və qan yeniləməsinə də kömək edir.

İspanaq

Nikotinlə mübarizə aparan digər bir qida əhəmiyyətli dərəcədə dəmir və folik turşusu olan ispanaqdır.

Bədənə qəbul edilən folik turşusu tütünün dadını dəyişdirir və siqaret çəkmək istəyini azaldır.

İspanağın tərkibində həm antioksidan, həm də xərçəng əleyhinə xüsusiyyətlərə sahib flavonoidlər var.

Su

Bədəndə yığılmış nikotinllərin çıxmasında ən təsirli qida maddələri içərisində su da var.

Su orqanizmdəki zərərli radikalların təmizlənməsində mühüm rol oynayır.

Zərdaçal

Zəncəfil ailəsinin üzvü olan zərdaçalın bir ensiklopediyanı dolduracaq qədər faydası var. Antioksidan kimi fəaliyyət göstərən zərdaçal qaraciyərin dostudur.