Neftçalada evdə yanğın olub
Digərləri 18 Okt 2020 12:56:00 148 0
Neftçala rayonunda yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, rayonda ümumi sahəsi 144 kv.m olan birmərtəbəli evin mətbəxinin yanar konstruksiyaları 25 kv.m sahədə və dəhlizinin lambirdən ibarət tavanı 6 kv.m yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Mənbə: milli.az