Alimlər sübut etdi: Palçıqda oynamaq uşaqlara xeyirdir


Digərləri 18 Okt 2020 11:50:00 175 0

Alimlər sübut etdi: Palçıqda oynamaq uşaqlara xeyirdir

Uşaqlara immunitet sistemini gücləndirmək üçün açıq havada və palçıqda oynamağa icazə verilməlidir.

Son.az oxu.az-a istinadən bildirir ki, Helsinki Universitetinin alimləri bununla bağlı uzunmüddətli araşdırmalardan sonra belə qənaətə gəliblər.

Mütəxəssislər üç-beş yaşlı 75 uşağın iştirakı ilə bir sınaq keçiriblər.

Bir qrup uşaq meşə çəmənliyi əlavə edilən oyun meydançalarında oynayıblar, həmçinin meşəyə gəzintiyə çıxarılıblar.

Digər bir qrup isə şəhərdə qalıb.