“Azərişıq” və “Azəriqaz” rəhbərləri Gəncədə erməni terroru nəticəsində dağıdılmış evlərə baş çəkib FOTO


Digərləri 17 Okt 2020 21:11:00 165 0

“Azərişıq” və “Azəriqaz” rəhbərləri Gəncədə erməni terroru nəticəsində dağıdılmış evlərə baş çəkib  FOTO

Bu gün "Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov Gəncə şəhərində olub və Ermənistan silahlı qüvvələrinin hücumu nəticəsində dağıdılmış evlərə baş çəkib.

V.Əhmədova hadisənin şəhərin elektrik enerjisi təsərrüfatına dəymiş ziyan barədə ətraflı məlumat verilib. Sədr isə öz növbəsində dəymiş ziyanın nəticələrinin tez bir zamanda aradan qaldırılmasını üçün ərazidə işləyən "Azərişıq" əməkdaşlarına tapşırıq və tövsiyələrini verib.

Həmçinin bildirilib ki, ərazini 24 saat fasiləsiz keyfiyyətli elektrik enerjisi ilə təchiz etmək üçün əraziyə yeni yüksəkgərginlikli xəttin çəkilişi nəzərdə tutulur.

Qeyd edək ki, hadisə yerində Vüqar Əhmədovla birgə "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev də olub.