Fransada başı kəsilən müəllimə görə 4 nəfər həbs edilib:


Dünya 17 Okt 2020 18:37:00 266 0

Fransada başı kəsilən müəllimə görə 4 nəfər həbs edilib:

Fransada ötən gün tarix müəlliminin başını kəsilməsi hadisəsinə görə artıq 4 adam yaxalanıb.

Son.az musavat.com-a istinadən bildirir ki, onlardan biri yeniyetmə uşaqdır.

Ölkənin Antiterror prokurorluğu cinayətdə radikal dini motivlərin olduğunu bildirib.

Qeyd etmək lazımdır ki, Fransa prezidenti Emmanuel Makron insidentin baş verdiyi Konflan-Sent-Onorin şəhərindki məktəbə gəlib. Başı kəsilən müəllim Samuel Pati həmin məktəbdə çalışırmış.

Paytaxt Parisin qərbində yerləşən İvelin departamentinin tərkibindəki Konflan-Sent-Onorindəki hadisə hazırda ölkə gündəmini tamamilə zəbt edb.

Mətbuatın yazıdğına görə, qatil öz əməlini törətdikdən sonra bunu fotoqrafını çəkərək Tvitter hesabına yerləşdirib. Hadisə baş verdikdən sonra gələn polislərlə onun arasında atışma olub Terrorçu belindəki intihar kəməri ilə özünü partlatmaq istədikdə yerində güllələnib.