Gürcüstanda abortlar qadağan oluna bilər


Dünya 30 Sen 2020 21:45:00 285 0

Gürcüstanda abortlar qadağan oluna bilər

Gürcüstanda hamiləliyin könüllü dayandırılması qadağan oluna bilər.

Son.az medicina.az-a istinadən bildirir ki, bununla bağlı müstəqil deputat Aleksandr Erkvaniya qanunvericilik təşəbbüsü ilə çıxış edib.

Qanun layihəsinə əsasən, aborta yalnız hamiləliyin davam etdirilməsinin qadının həyatına təhlükə olacağı halda icazə veriləcək.

Sənəddə qeyd olunub ki, hamililəliyin dayandırılması yalnız xüsusi tibbi müəssisədə və sertifikatı olan həkim tərəfindən həyata keçirilə bilər. Bütün digər hallarda isə qanun könüllü abortu qadağan edir.