Peşə məktəblərinə işə qəbul üçün müraciətlərin sayı 600ü ötüb


Digərləri 30 Sen 2020 18:18:00 177 0

Peşə məktəblərinə işə qəbul üçün müraciətlərin sayı 600ü ötüb

2020/2021-ci tədris ili üzrə peşə təhsili pilləsinə müəllimlərin işə qəbulu müsabiqəsi davam edir. Ümumtəhsil fənn müəllimi, ixtisas müəllimi və istehsalat təlim ustası vakansiyaları üzrə aparılan müsabiqəyə müraciət edənlərin sayı 600 nəfəri ötüb.

Peşə Təhsili üzrə Dövlət Agentliyindən Son.az-a verilən məlumata görə, müraciətçilər arasında ümumtəhsil fənn müəllimi vakansiyalarına maraq daha böyükdür.

Sözügedən müsabiqə üzrə müraciətlərin qeydiyyatı https://portal.edu.az/ elektron müraciət portalı vasitəsi ilə həyata keçirilir. Portal vakant olaraq müsabiqəyə çıxarılmış yerlərə elektron qaydada müraciət etmək, müraciət üçün sənədləri yükləmək, həmçinin müsabiqə mərhələsinə dəvət ilə bağlı məlumatlandırma üçün nəzərdə tutulub. Müsabiqədə seçim zamanı müvafiq vakansiyalar üzrə namizədin MİQ və diaqnostik balı nəzərə alınacaqdır. Namizədə müsahibədə ixtisas, pedaqogika və metodika sahəsi üzrə biliklərinin, həmçinin şəxsi keyfiyyətlərinin müəyyənləşdirilməsi üçün müvafiq suallar yönəldiləcəkdir.

Müsahibəni uğurla başa vurmuş namizədlər müraciət etdiyi vakansiya üzrə işlə təmin ediləcək.

Peşə təhsil müəssisələrinə müəllimlərin işə qəbulu müsabiqəsi üzrə elektron müraciətlər 1 oktyabr tarixinədək davam edəcəkdir.