“Smart Customs” mobil tətbiqi ilə məcburi bəyanetmə müvəqqəti dayandırılıb


Digərləri 30 Sen 2020 15:45:00 180 0

“Smart Customs” mobil tətbiqi ilə məcburi bəyanetmə müvəqqəti dayandırılıb

Mövcud vəziyyətlə əlaqədar internetdə yaranan məhdudiyyətlər beynəlxalq poçt göndərişləri və daşıyıcı şirkətlər vasitəsilə xaricdən edilən sifarişlərin "Smart customs" mobil tətbiqi ilə məcburi bəyan olunmasında müvəqqəti çətinliklər yaradıb.

Dövlət Gömrük Komitəsindən Son.az-a verilən məlumata görə, yaranmış vəziyyət nəzərə alınaraq vətəndaşların bağlamalarını əldə etməsində problemlərin yaranmaması üçün xaricdən sifariş edilən məhsulların ölkəyə gətirilməsi zamanı "Smart Customs" mobil tətbiqi vasitəsilə məcburi bəyanetmə müvəqqəti olaraq dayandırılıb.

"Smart Customs" tətbiqi ilə bəyan edilməyən mallar gömrük qanunvericiliyinin pozulmadığı təqdirdə daşıyıcı şirkətlər və poçt şöbələri vasitəsilə sahiblərinə çatdırılacaq.