COVİD19da dırnaq təmizliyi çox önəmlidir


Digərləri 30 Sen 2020 07:35:00 190 0

COVİD19da dırnaq təmizliyi çox önəmlidir

Mütəxəssislər bildirirlər ki, koronavirusa qarşı yalnız əl yumaq kifayət etmir. Dırnaqlara qulluq da çox önəmlidir.

Son.az medicina.az-a istinadən yazını təqdim edir:

Sabunla yuyun

Həm spirt, həm də tez-tez əl yumaq səbəbi ilə dırnaqlarımızda çatlamalar yarana bilər. Ona görə də əllərinizi mümkün olduğu qədər bol su və sabunla yuyun.

Dırnaqlarınızı qısa saxlayın

Əslində mikroblar qısa dırnaqlarda da olur. Buna görə də əlləri yayarkən dırnaqlar da yaxşıca təmizlənməli və qurudulmalıdır.

Dırnaqlarınızı dərin kəsməyin

Əl gigyenasında göstərdiyiniz diqqəti mütləq dırnaqlarınızada göstərməlisiniz. Və onları mümkün qədər qısa saxlamalısınız. Dırnaqlarınızı ay şəklində və dırnaq ucunda 1-2 mm-lik ağ hissə qalacaq şəkildə kəsməlisiniz.

Dırnaqyemə vərdişinə son qoyun

Virusun yayılmasının ən önəmli qaynağı əllər olduğu üçün dırnaqyemə və dırnaq ətlərini qoparma kimi vərdişləriniz varsa, bunlardan qurtulun.

Çatlayan dırnaq boyasını silin