MÖCÜZƏ: Dörd uşaqlı ailə batan katerdən BELƏ XİLAS OLDU VİDEO


Digərləri 30 Sen 2020 07:21:00 148 0

MÖCÜZƏ: Dörd uşaqlı ailə batan katerdən BELƏ XİLAS OLDU  VİDEO

Dördü uşaq olmaqla səkkiz nəfərlik ailə batan katerdən möcüzəvi şəkildə xilas olub.

Uşaqlardan biri səkkiz aylıq olub.

Son.az oxu.az-a istinadən bildirir ki, onlar sahilin 110 kilometrliyində xilasetmə döşəyindən yapışmış halda tapılıblar.

"Biz altı günlük kempinq üçün düşərgəyə tərəf üzürdük. Birdən qəribə gurultu eşitdik", - deyə ailə başçısı Ceyms Nacet olanların xatırlayarkən bildirib.

Ancaq səyyahlar səfərə hazırlıqlı olublar. Onlar dərhal sahil mühafizəsinə SOS siqnalı yollayıblar və xilasetmə döşəyini şişirdərək kömək gözləməyə başlayıblar.

Xilasetmə döşəyinə isə ancaq uşaqlar sığışıb. Böyüklər batan katerin kənarlarından yapışaraq saat yarım suda qalıblar.

"Təqribən 15 dəqiqədən sonra kater tamamilə batdı. Ancaq onun bir hissəsi suda qalmışdı və biz ondan yapışdıq", - deyə Nacet əlavə edib.