Xaricdə yaşayan tanınmış azərbaycanlılardan ordumuza dəstək FOTO


Digərləri 29 Sen 2020 14:40:00 190 0

Xaricdə yaşayan tanınmış azərbaycanlılardan ordumuza dəstək  FOTO

Xaricdə yaşayan azərbaycanlılar və yaşadıqları ölkələrdə müəyyən mövqeyə sahib olan şəxslər sosial şəbəkə hesablarından Azərbaycana və ordumuza dəstək nümayiş etdirirlər.

Son.az bildirir ki, Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən onların bir qisminin paylaşımlarını təqdim edir:

Türkiyədə yaşayan dünyaca məşhur azərbaycanlı dizayner Rüfət İsmayıl da sosial şəbəkə hesabında "Qarabağ Azərbaycandır!" yazısı ilə şəkil paylaşaraq Azərbaycana dəstək nümayiş etdirib. Növbəti paylaşımında isə instagram izləyicilərinə müraciət edib: "Azərbaycan öz ərazisində ərazi bütövlüyü uğrunda müharibə aparır. Bu sizin torpaqlarınızda baş versəydi nə edərdiniz?".

ABŞ-da yaşayan soydaşımız, şair, yazıçı, filologiya elmləri doktoru YUNESKO-nun Fəxri Mədəniyyət Səfiri Aleksandr Səlimov şəxsi sosial hesabında torpaqlarımızın işğal edilməsi uğrunda mübarizə aparan ordumuza dəstək nümayiş etdirib. O, şəxsi twitter hesabında yazır: "Azərbaycan işğal edilmiş Ağdam, Cəbrayıl, Füzuli, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan və digər işğal olunmuş ərazilərinin azad olunması uğrunda mübarizə aparmağa məcbur idi. Azərbaycanın yanında olun!"

Qeyd edək ki, Aleksandr hazırda Delaver Universitetində İspan və Latın Amerikası ölkələri ədəbiyyatından dərs deyir. 2008-2010-cu illərdə Delaver Universitetinin Senatoru seçilib, 2010-2012-ci illərdə isə Delaver Universiteti Senatının Prezidenti olub.