Bakıda mənzillərin qeydiyyatı üçün növbəti sənəd qəbulu keçiriləcək


Digərləri 29 Sen 2020 12:56:00 148 0

Bakıda mənzillərin qeydiyyatı üçün növbəti sənəd qəbulu keçiriləcək

İstismarına icazə verilən yeni çoxmənzilli binalardakı mənzillərin növbəti səyyar sənəd qəbulu sentyabrın 30-u Nəsimi rayonu, Akademik Həsən Əliyev küç., 1030-cu məhəllə ünvanında keçiriləcək.

İqtisadiyyat Nazirliyindən Son.az-a verilən məlumata görə, iyulun 24-dən bərpa olunan səyyar sənəd qəbulu prosesi çərçivəsində artıq 22 ünvanda səyyar qəbulu aparılıb.

Vətəndaşların mənzillərə aid mülkiyyət hüququnu təsdiq edən sənədin (çıxarışın) hazırlanması 15 iş günü ərzində təmin edilir.