ABŞda kişi arvadının sevgilisini öldürdü,


Dünya 29 Sen 2020 10:39:00 172 0

ABŞda kişi arvadının sevgilisini öldürdü,

ABŞ-da kişi arvadının sevgilisini öldürüb. 

Son.az oxu.az-a istinadən bildirir ki, 25 yaşlı Nyu-Qempşir ştatının sakininin cəsədi sentyabrın 22-də tapılıb. Cəsəd başsız olub. Onun qətlində şübhəli bilinən cütlük saxlanılıb. 

30 yaşlı Armando Berron və onun arvadı 31 yaşlı Britani Berron əməllərini etiraf ediblər. 

Qadının sözlərinə görə, 25 yaşlı gənci Armando güllələyərək öldürüb. O bildirib ki, daha sonra Armando onu sevgilisinin başını kəsməyə məcbur edib. 

Britani deyib ki, əri onunla sevgilisi arasında olan münasibətlərdən xəbər tutduqdan sonra bu addımı atıb.