Türkiyənin Səhiyyə naziri: Qardaş Azərbaycan xalqının yanındayıq


Dünya 29 Sen 2020 07:55:00 150 0

Türkiyənin Səhiyyə naziri: Qardaş Azərbaycan xalqının yanındayıq

Azərbaycan Səhiyyə naziri Oqtay Şirəliyevlə türkiyəli həmkarı Fahrettin Koca arasında telefon danışığı olub.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə öz "Twitter" səhifəsində Türkiyənin səhiyyə naziri yazıb.

F.Koca bildirib: "Azərbaycanın Səhiyyə naziri Oqtay Şirəliyevlə telefon danışığımız oldu. Ermənistanın qeyri-insani hücumu nəticəsində ona başsağlığı verdim və kədərimizi dilə gətirdim. Qardaş Azərbaycan xalqının yanındayıq. Hər cür tibbi ehtiyaclarında yardıma hazırıq".