"Hitleri narkotikə otuzduran həkim" Həbs olunsa da, buraxılıb


Digərləri 28 Sen 2020 21:40:00 165 0

"Hitleri narkotikə otuzduran həkim"  Həbs olunsa da, buraxılıb

Bəzən gözlənilməyən təsadüfi bir görüş insanın həyatında böyük dəyişikliklərə, sürətli karyeraya, bütövlükdə həyat tərzinin dəyişməsinə səbəb olur. Belə adamları şanslı adamlar adlandırırlar. Alman həkimi Teodor Morell də belə şanslılardan biri olub...

Son.az musavat.com-a istinadən bildirir ki, Henrix Qofman Adolf Hitlerin şəxsi fotoqrafı olmaqla yanaşı, həm də fürerin ən yaxın dostlarından biri olub. Yaxınlıq o dərəcədə olub ki, Qofmana Hitlerin təşkil etdiyi qeyri-rəsmi ziyafətlərə münasib bildiyi adamı dəvət etmək səlahiyyət verilib. Bu səlahiyyətdən istifadə edən fotoqraf 1936-cı ildə həkim dostu Teodor Morelli özü ilə fürerin təşkil etdiyi ziyafətə aparıb, onu Hitlerlə tanış edib. Tanışlıqdan 20-30 dəqiqə sonra Hitler həkimi kənara çəkib, ayaq nahiyəsindəki dəri üzərində olan qızartıları, şişkinlikləri ona göstərib. Həkim Hitlerdən müayinə üçün vaxt ayrımağı xahiş edib. Səhərisi gün Hitler Teodor Morelli iqamətgahına dəvət edib.

Morell Hitleri müayinə etdikdən sonra onda ekzema xəstəliyi aşkar edib və iki həftəlik müalicə kursu yazıb. Müalicəni qəbul edən Hitler 5-6 gündən sonra müsbət nəticələri hiss etməyə başlayıb. Kursun sonunda isə o, Morelli yenidən yanına dəvət edib və təşəkkürünü bildirib:

- Mən son iyirmi ildə ilk dəfə şahidi oluram ki, həkimin yazdığı müalicə kursu 10-15 gün ərzində müsbət nəticəsini verir. Buna görə sizə minnətdarlığı bildirirəm.

Füreri, müalicəsi çox da çətin olmayan adi bir ekzemadan xilas edən həkim təvazökarlıqla cavb verib:

- Mənim fürerim, sizə xidmət etməkdən şərəf duyuram. Diqqətinizə çatdırım ki, narahatlığınıza əsas yoxdur. Almaniya səhiyyəsi bu cür xəstəliklərin öhdəsindən çox asanlıqla gəlmək iqtidarındadır.

Daha sonra Hitler səhhətindəki digər problemlər haqqında danışıb:

- Böyük Almaniya uğrunda gördüyümüz işlər bəzən bizə sağlamlığımız haqqında düşünməyi unutdurur. Buna görə də mən bu işi sizə həvalə edirəm, bu gündən mənim şəxsi həkimim kimi fəaliyyət göstərəcəksiniz.

Beləliklə, Teodor Morell 1936-cı ildən başlayaraq Hitlerin şəxsi həkimi kimi fəaliyyətə başlayıb.

Teodor Morell 1886-cı ildə Almaniyanın Myuntsenberq şəhərində anadan olub. Orta təhsilini başa vurduqdan sonra Parisdə və Münhendə ali tibb təhsili alıb. 1913-cü ildə doktorluq dissertasiyası müdafiə edib. I dünya müharibəsinə könüllü gedən Morell hərbi gəmilərdə həkim kimi xidmət edib. 1920-ci ildə dövrün tanınmış aktrisası İohanne ilə ailə həyatı qurub. 1933-cü ildə nasist partiyasına daxil olub. Berlinin mərkəzində şəxsi klinakaya sahib olan Morell həm öz gəlirləri, həm də kifayət qədər imkanlı olan həyat yoldaşının hesabına zəngin həyat sürüb.

1936-cı ildə şəxsi həkimi təyin olunanduqdan sonra Hitler Morellə tibbi təcrübələr və şəxsi klinikasını inkişaf etdirmək üçün böyük maliyyə vəsaitləri ayırıb.