Kanadada təyyarə qəzaya uğrayıb, ölənlər var


Dünya 27 Sen 2020 08:59:00 196 0

Kanadada təyyarə qəzaya uğrayıb, ölənlər var

Kanadanın Alberta vilayətində kiçik təyyarənin qəzaya düşməsi nəticəsində 2 nəfər öldü.

Trend-in məlumatına görə, bu barədə CBC telekanalı bildirib.

Məlumata əsasən, hadisə Edmontondan 70 km cənub-qərbdə Torsbi şəhəri yaxınlığında baş verib. Hadisə yerinə gələn xilasedicilər və polis iki ölü tapıb.

Təyyarə qəzası ilə bağlı araşdırma başlayıb.