Rumıniyada yerli hakimiyyət orqanlarına seçkilər keçiriləcək


Dünya 27 Sen 2020 08:17:00 161 0

Rumıniyada yerli hakimiyyət orqanlarına seçkilər keçiriləcək

Rumıniyada yerli hakimiyyət orqanlarına seçkilər keçiriləcək.

Son.az Trend-ə istinadən bildirir ki, rumınlar təxminən 3,2 min bələdiyyə başçısını, 41 qəza şurası sədrini, 1,3 mindən çox qəza şurası üzvünü və 40 min yerli şura üzvünü seçəcəklər.

Rumıniya paytaxtının baş meri vəzifəsinə 18 nəfər namizədləyini irəli sürüb, bunlardan 14-ü siyasi partiyalar tərəfindən irəli sürülüb, dördü isə müstəqildir.

Hazırkı mer 48 yaşlı Qabriela Firya (Sosial-Demokrat Partiyasından) və müstəqil namizəd 50 yaşlı Nikuşor Dand favoritlər sayılır.