Rəsulullah əleyhissəlamın neçə zövcəsi var idi?


Digərləri 26 Sen 2020 22:25:00 193 0

Rəsulullah əleyhissəlamın neçə zövcəsi var idi?

Bizə gələn səhih rəvayətlərə görə, Nəbi əleyhissəlamın zövcələri aşağıdakılar olmuşdur:

1.Xədicə (r.a.), 2.Sevda (r.a.), 3. Aişə (r.a.), 4.Həfsa (r.a.), 5.Zeynəb (r.a.), 6.Ümmü Sələmə (r.a.), 7.Cüveyriyyə (r.a.), 8.Ümmi Həbibə (r.a.), 9.Safiyyə (r.a.), 10.Meymunə (r.a.), 11.Mariyyə (r.a.).

Son.az muselmanlar.com-a istinadən bildirir ki, Rəsulullahın çox evliliyi əsasən siyasi və himayə məqsədli olmuşdur. Belə bir qənaətə gəlməyimizə, Nəbinin Məkkə dövründə Xədicə anamız vəfat edənə qədər başqa bir qadınla evlənməməsi də əlavə edilə bilər. Əgər qadınbaz biri olsaydı, 25 yaşında bir gənc olduğu halda iki dəfə boşanmış 40 yaşındakı bir dul qadınla evlənməzdi. Sonradan aldığı zövcələri arasında ailə içində problem yarandığı zaman isə Allah, elçisinə evlənməyi həmişəlik qadağan etmişdir. Bu səbəblə əgər ailə içində problem çıxacaqsa, bir müsəlmanın hər hansı bir səbəbdən birdən çox evliliyə meyl etməməsi lazımdır.

Rəsulullahın bu zövcələri və onlardan olan övladları Quranın ifadəsiylə, "əhli-beyti=ev xalqı, ailəsi" sayılır.