Instagram tətbiqi üçün ürəyiniz istədiyi iconu seçin


Digərləri 26 Sen 2020 22:10:00 194 0

Instagram tətbiqi üçün ürəyiniz istədiyi iconu seçin

Tezliklə 10 illiyini qeyd edəcək Instagramın maraqlı yeniliklərlə qarşımıza çıxacağı gözlənilir. Onlardan biri olan bu fərqli yenilik haqqında sosial mediaya informasiya sızıb. Alessandro Paluzzi adlı istifadəçinin paylaşdığı screenlərə əsasən Instagrama gələcək bu yenilik vasitəsi ilə istifadəçilər tətbiqin iconunu müxtəlif rənglərə boyaya bilərlər. Bu iconlar həm Instagramın köhnə dizaynının iconu olacaq həm də müxtəlif zamanlarda trenddə olan mövzulara uyğun adaptasiya edilmiş iconlar olacaqdır.